Dünən keçirilən UEFA Superkuboku uğrunda matçın ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, bu, “Mançester Siti”nin “Sevilya”nı üstələyərək (1:1, penaltilərlə 5:5) titula sahib çıxdığı görüşdə “şəhərlilər”in yeganə qolunu vuran Koul Palmerdir.
İkinci yarının ortalaraında hesaba tarazlıq gətirən Palmer 85-ci dəqiqədə Xulian Alvareslə əvəzlənib.
Qeyd edək ki, MS ötən mövsüm Çempionlar Liqasının, “Sevilya” isə Avroliqanın qalibi olmuşdu.
Follow @7timesaz