Uğurlu barter: ABŞ-lı bloqer saç sancağını evlə necə dəyişdi?  

Uğurlu barter: ABŞ-lı bloqer saç sancağını evlə necə dəyişdi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dan olan Demi Skipper adlı bloqer xanım bir il yarım ərzində saç sancağını evlə dəyişdirməyə nail olub.

Uğurlu barter əməliyyatı birdən-birə deyil, tədricən gerçəkləşib.

Ötən ilin may ayında 30 yaşlı San-Fransisko sakini öz bloqunda “Mənimlər ticarət et” layihəsinə start verib.

O, adi saç sancağına malik olduğunu və onu nisbətən daha bahalı digər bir əşya ilə  dəyişmək istidiyini bildirib. Nəticədə o, sancağı sırğalara, sırğaları isə dörd stəkan “Marqarita” kokteylinə dəyişib. Kokteyllər tozsoran, sonuncu isə bujiteriyaya çevrilib. Skipperin barter əməliyyatlarında “iPhone”, məişət texnikası və avtomobillər də olub.

Son olaraq, xanım yaşayış üçün hazırlanmış avtomobil qoşqusunu Tennessi ştatındakı evə dəyişib. O, öz layihəsi üçün “Facebook”, “Tik-Tok” kimi sosial şəbəkələrdən və “Marketplace” və “eBay” kimi onlayn ticarət platformalarından istifadə edib.

Hazırda Skipper həyat yoldaşı ilə evdə təmir işləri aparır. Cütlük yanvarda yeni evə köçməyi planlaşdırır.

Qeyd edək ki, 2006-c ildə kanadalı Kayl Makdonalds da kağız üçün sancağı tədricən evə çevirməyə nail olub. Bunun üçün ona 14 barter əməliyyatı kifayət edib.//oxu.az