“Əks-hücumun ilk günlərindəki uğursuzluq Ukraynanı öz taktikasını dəyişməyə vadar edib”
“AzPolitika.info” xəbər veri ki, bunu “Financial Times” nəşri Ukrayna müharibəsilə bağlı son məqaləsində bildirib.
Qəzet öz mənbələrinə istinadla yazır ki, əks-hücumun ilk dalğasında Ukrayna sıralarında müəyyən xaos müşahidə edilib. Bu da ondan irəli gəlib ki, qoşunlar mina sahələrinə və qarşı tərəfin güclü artilleriya atəşi altına düşüblər, həmçinin, “ka-52” vertolyotlarının hücumuna məruz qalıblar. “Financial Times” iddia edir ki, ilk günlərdə Ukrayna ordusu Qərbdən aldığı hərbi texnikanın 20 faizinə qədərini itirib.
Bundan sonra Ukrayna hərbi-siyasi rəhbərliyinin taktikanı dəyişdirdiyi qeyd olunur. Bildirilir ki, Ukrayna ordusu Rusiya qoşunları ilə müqayisədə daha çox öz artillriyasının daha uzağa və dəqiq atəş açmaq imkanlarından istifadə etməyə başlayıb. Bundan sonra sürətlə olmasa da, qoşunların stabil və ardıcıl irəliləməsinə imkan yaranıb.
Lakin qəzet bildirir ki, bu taktika daha az itkili və uğurlu olsa da, Ukraynanın tezliklə qalib gəlməsinə imkan vermir.
Follow @7timesaz