“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə cavab oyunu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Hücumçu penaltilərdə uduzduqları matç haqqında yazıb:
“Uğursuzluqlar hər zaman dərs olur. Əlimizdən gələni etdik, amma alınmadı. Başımızı dik tutacağıq. Daha çox mübarizə aparıb, komanda olaraq daha güclü qayıdacağıq”.
Xatırladaq ki, “Qarabağ” Bakıdakı ilk oyunda “Gent”i məğlub etsə də, cavab matçında Belçika təmsilçisinə uduzub (0:1, penaltilər 3:5) və mübarizəni dayandırıb.
Follow @7timesaz