Xəbər verdiyimiz kimi, Kraliça II Elizabetin vəfatından sonra nəvəsi şahzadə Uilyam və Keyt Middlton Kornuoll hersoqları titulunu alıblar.
Axşam.az xəbər verir ki, Uilyam eyni zamanda 22 mahalda 140 min hektar sahəyə sahib olub. Ancaq bu, onun sahib olduqlarının hamısı deyil. Hersoqluqdan gələn gəlir Uilyamın idarəsinə keçib.
“Page Six”in yaydığı məlumata görə, son iki ildə hersoqluğun gəliri 30 milyon dollara yaxın olub. Maliyyə gəliri Çarlz və Uilyam arasında demək olar ki, bərabər bölünüb.
Hesablamalara görə, şahzadənin bir illik gəliri təxminən yeddi milyon təşkil edib.
Follow @7timesaz