Hərbi

Ukrayna “ağıllı səfərbərliyə” başlamaq planlarını AÇIQLADI

Ukrayna “ağıllı səfərbərliyə” başlamaq planlarını AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti bir-iki ay ərzində ölkədə “ağıllı səfərbərliyə” başlamağı planlaşdırır ki, bu da insanın istədiyi hərbi ixtisası müstəqil seçməsini nəzərdə tutur.

7Times.az  xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin innovasiyalar, təhsil, elm və texnologiyanın inkişafı üzrə müavini – rəqəmsal transformasiya naziri Mixail Fedorov bildirib.

Fedorovun sözlərinə görə, “ağıllı səfərbərlik” çərçivəsində maraqlananlar konkret hərbi ixtisasa müraciət edə və bu ixtisas üzrə hazırlıq keçə biləcəklər.

2023-cü ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib. Sentyabrda Ukrayna səfərbərliyə uyğun olanların siyahısını genişləndirərək  tibbi əks göstərişlərin siyahısını azaldıb. Ölkədə həmçinin həkim, stomatoloq, mama, tibb bacısı, əczaçı və əczaçı ixtisasına malik olan 18 yaşdan 60 yaşadək bütün qadınların qeydiyyatdan keçməsini öhdəsinə götürən qanun qəbul edilib. News24.az