Dünya

Ukrayna Ali Radası Saakaşvilinin əfv edilməsi üçün Prezidentə müraciət edib

Ukrayna Ali Radası Saakaşvilinin əfv edilməsi üçün Prezidentə müraciət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası Gürcüstan Prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə Gürcüstanın üçüncü Prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin əfv olunmasıyla bağlı müraciət edib.

“AzPolitika.info xəbər verir ki, müvafiq müraciətin qəbul edilməsinə 285 deputat səs verib.

Qətnamənin mətnində göstərilir ki, onun qəbul edilməsinə Saakaşvilinin səhhətinin kritik vəziyyəti, mediada işıqlandırılması, onun həyat və sağlamlığının qorunması zərurəti səbəb olub.

Ali Rada həmçinin Zurabişviliyə müraciət edərək, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin ağır fiziki vəziyyətini nəzərə alaraq onun əfv edilməsini xahiş edib.

Bundan əlavə, Rada Aİ-yə üzv ölkələrin parlamentlərini Gürcüstan Prezidentinin Saakaşvilini əfv etməsinin zəruriliyi ilə bağlı müvafiq qərar və qətnamələr qəbul etməyə çağırıb.