Dünya

“Ukrayna ancaq bundan sonra Aİ-yə qəbul edilməlidr”– Varşava şərtini açıqlayıb

“Ukrayna ancaq bundan sonra Aİ-yə qəbul edilməlidr”- Varşava şərtini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Kiyevin quruma qoşulması ilə bağlı qərarını yalnız regional bazarı Ukraynanın taxıl tədarükü ilə bağlı təhlükələrdən qorumaq üçün mexanizmlər yaratdıqdan sonra qəbul etməlidir.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu sözləri Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib.

Nazir qeyd edib ki, Varşava Birliyin rəhbərliyində Avropa ölkələrinin aqrar-sənaye kompleksini Ukraynanın kənd təsərrüfatından qorumaq istəyinin olmamasından son dərəcə narahatdır.

“Kiyev Aİ-yə daxil olmağa fəal çalışır. Bu yaxşıdır. Amma o (Ukrayna – Gazeta.Ru) müəyyən meyarlara cavab verməli və müəyyən şərtləri yerinə yetirməlidir”, – Telus bildirib.

Sentyabrın 18-də Kiyev hakimiyyəti Polşa, Slovakiya və Macarıstana qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət göndərib. Səbəb bu ölkələrin Ukrayna məhsullarına embarqonun müddətini uzatmasıdır.