Dünya

“Ukrayna bizim problemimiz deyil…” – Trampın oğlu

“Ukrayna bizim problemimiz deyil…” – Trampın oğlubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə görünür ki, Donald Trampın ailə üzvləri də Ukraynaya dəstək verilməməsi məsələsində eyni fikirdədirlər.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın sabiq Prezidenti Donald Trampın eyni adlı oğlu, kiçik Donald Tramp ABŞ-ın Ukraynaya dəstək verməsinin əleyhinə çıxıb.

Trampın oğlunun Qərb mətbuatında yayımlanan paylaşımında deyilir: “Mən bilirəm ki, Ukrayna solçuların yeni dinidir. Ancaq bu, bizim problemimiz deyil, biz dünyanın ən korrupsiyalaşmış ölkəsi üçün öz ölkəmizi müflisləşdirməli, ordumuzu tükəndirməli deyilik”.

Trampın oğlunun məntiqindən belə çıxır ki, əgər bir ölkədə korrupsiya varsa, istənilən digər ölkə, indiki halda isə özü böyük bir korrupsiya bataqlığı olan Rusiya onu işğal edə bilər.

Yeri gəlmişkən, ABŞ-ın özündə də korrupsiya var və Trampın prezidentliyi dövründə də olub…