Ukrayna ordusu Bryansk vilayətinə genişmiqyaslı hücuma hazırlaşır.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hazırda regionla sərhəddən 50 km aralıda texnika və bir neçə min əsgər yığılıb.
“Ukrayna hərbçilərinin əsas qrupu Sum vilayətinin iki yaşayış məntəqəsində cəmləşib. İlkin olaraq Ukrayna ordusunun 5000-dən çox hərbçisi, 200-dən çox texnika, o cümlədən “Leopard” və “Abrams” tankları, PDM-lər hücuma hazırlaşır. Sum vilayətindəki Şostka və Qluxov yaşayış məntəqələrindən mülki əhalinin qismən təxliyəsi barədə də məlumatlar var”, – məlumatda qeyd olunub.
Follow @7timesaz