Dünya

“Ukrayna gecə saatlarında Kursk AES-ə zərbə endirməyə cəhd edib” – Putin

“Ukrayna gecə saatlarında Kursk AES-ə zərbə endirməyə cəhd edib” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna gecə saatlarında Kursk AES-ə zərbə endirməyə cəhd edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd regionlarda vəziyyətə dair müşavirədə bildirib.

O, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Ukraynanın Kursk atom elektrik stansiyasına zərbə endirmək cəhdləri barədə məlumatlandırıldığını və AEBA-nın mütəxəssislər göndərəcəyini vəd etdiyini söyləyib.

Putin ümidvar olduğunu bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik stansiyadakı vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərəcək.