Dünya

Ukrayna hərbi hava bazasına zərbələr endirilib – 5 təyyarə sıradan çıxıb

Ukrayna hərbi hava bazasına zərbələr endirilib – 5 təyyarə sıradan çıxıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsinə keçən gecə Rusiya Ukrayna ərazisinə növbəti kütləvi zərbə endirib. Kruiz raketləri və hücum pilotsuz təyyarələrindən istifadə edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna paytaxtının hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.

“Mayın əvvəlindən Kiyev artıq 15-ci dəfə genişmiqyaslı hücuma məruz qalır. Ukraynanın hava hücumundan müdafiə qüvvələri mayın 29-na keçən gecə Kiyev səmasında Rusiyanın 40 pilotsuz təyyarəsini və qanadlı raketini vurub”,- o qeyd edib.

Kiyev meri Vitali Kliçko teleqramında yazıb ki, bazar ertəsi gecə şəhərin Svyatoşinski və Podolski rayonlarına raket parçaları düşüb. Ölən və ya yaralanan yoxdur. İnfrastruktur obyektlərinə ziyan dəyməyib.

Odessada isə pilotsuz təyyarənin qalıqlarının düşməsindən sonra limanda yanğın baş verib. Amma qısa müddətdə söndürülüb.

Nikolayev vilayətində də pilotsuz təyyarələrinin hücumu barədə məlumat verilib. Vinnitsa, Poltava, Kirovoqrad, Jitomir, Xmelnitski və Lvov vilayətlərində partlayışlar baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbələr nəticəsində Xmelnitski vilayətində hərbi obyektə ziyan dəyib. Söhbət aerodromdan və ya hava qüvvələri bazasından gedir. Məlumata görə, beş təyyarə sıradan çıxarılıb, yanacaq-sürtkü anbarında yanğın baş verib, uçuş-enmə zolağı zədələnib.