Hərbi

Ukrayna hərbi kömək istəklərinin siyahısını Almaniyaya göndərib

Ukrayna hərbi kömək istəklərinin siyahısını Almaniyaya göndəribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Almaniyaya siyahı göndərib. Siyahıda məhz hansı hərbi köməyin göstərilməli olduğu yazılıb. Bu barədə «dpa» agentliyi xəbər verib.

Bundan əvvəl AFR kansleri Olaf Şolts və XİN başçısı Annalena Berbok bəyan etmişdilər ki, Ukraynaya silah tədarükü yolverilməzdir.

Kiyev istəyir ki, Almaniya Ukraynaya hərbi gəmilər və müasir hava hücumundan müdafiə sistemləri tədarük etsin.

Silah tədarükü məsələsi AFR-la münasibətlərin gündəliyində qalır. Bunu yanvar ayında Ukraynanın Berlindəki səfiri Andrey Melnik bəyan edib.

«Ukrayna uzun müddət şikayətlənib ki, Almaniya Rusiyaya qarşı durmaq üçün ona hərbi kömək göstərmir. İndi o, arzu etdiklərinin siyahısını Berlinə göndərib» – agentliyin xəbərində deyilir.