“Ukrayna ikinci Əfqanıstan olmayacaq”.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukraynaya ayırdığı yeni yardım paketi ilə bağlı danışarkən deyib.
“Bu yardım Ukraynanı gücləndirəcək və Kremlə güclü siqnal verəcək ki, “ikinci Əfqanıstan” olmayacaq. ABŞ Ukraynanın yanında olacaq, ukraynalıları və demokratiyanı qoruyacaq. 6 aydır bu yardımı gözləyirdik”,-deyə Zelenski qeyd edib.
Yardım paketinin necə istifadə olunacağına gəlincə Zelenski qeyd edib ki, onlar bu yardımı cəbhədəki əsgərlərə mümkün qədər tez çatdırmaq niyyətindədirlər
Zelenski həmçinin Ukraynanın prioritetlərinin uzaqmənzilli artilleriya və hava hücumundan müdafiə sistemləri olduğunu bildirib.
Follow @7timesaz