İki illik hərbi müttəfiqlikdən sonra Ukrayna ilə ABŞ arasında münasibətlər pisləşməyə başlayıb.
7Times.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrində yayımlanan məqalədə bildirilir.
Qeyd olunur ki, Ukraynanın amerikalı strateqlərin müəyyən etdiyi ssenar üzrə döyüşməkdən imtina etməsi ABŞ-ni məyus edib.
“Burada ilk növbədə Ukraynanın əks-hücum əməliyyatından bəhs etməliyik. ABŞ istəyirdi ki, qoşunlar cəbhənin bir istiqamətində böyük qrupla hücum etsin. Ancaq Ukrayna Müdafiə Qüvvələri bir neçə cəbhədən kiçik qruplarla hücuma keçmək taktikasını seçdi. Bundan əlavə, ABŞ daha əvvəl Ukraynaya Avdeyevkadan çəkilməyi təklif etsə də, Kiyev buna da əməl etməmişdi”,-deyə yazıda qeyd olunur.
Bildirilir ki, Ukrayna da öz növbəsində döyüş təyyarələri və uzaqmənzilli raketlər kimi qabaqcıl silahların verilməməsinə görə məyus olub. Buna baxmayaraq, nəşr yazır ki, tərəflər arasında hərbi ittifaqın pozulmasında söhbət gedə bilməz:”Hər iki tərəfin öhdəliyi qalır. Məsələn, ABŞ, maliyyə çatışmazlığına baxmayaraq, Ukraynanı bütün kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edir və Pentaqon tərəfdaşları ilə görüşlərdə Ukraynaya yardımın artırılmasını təşviq edir”.
Nəşr onu da qeyd edir ki, Pentaqonun Ukraynanın 2024-cü il üçün hərbi məqsədləri sırasına Krım körpüsünün dağıdılması da daxildir.
“AzPolitika”
Follow @7timesaz