Aktual

Ukrayna Kanada ilə 400 milyon dollarlıq kreditlə bağlı müqavilə imzalayıb

Ukrayna Kanada ilə 400 milyon dollarlıq kreditlə bağlı müqavilə imzalayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Kanada hökuməti ilə 500 milyon Kanada dolları (indiki məzənnə ilə təxminən 400 milyon ABŞ dolları) kredit müqaviləsi imzalayıb.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko feysbuk hesabında bildirib.
“Kredit vəsaiti dövlətin prioritet xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Amma bu, Ukraynanın maliyyə sabitliyinin dəstəklənməsinə nəinki vaxtında töhfə, həm də Rusiya üzərində qələbəmizi yaxınlaşdırmağa kömək edir”, – nazir yazıb.
Marçenko qeyd edib ki, kredit vəsaitləri Ukraynaya 10 il müddətinə güzəştli şərtlərlə verilir.
“Qərara görə Kanada hökumətinə və şəxsən Baş nazirin müavini Kristia Frilanda minnətdaram. Kanada bununla Ukraynanın etibarlı dostu olduğunu nümayiş etdirir”, – Marçenko əlavə edib.