Dünya

Ukrayna keçmiş “müdafiə naziri”ni öldürənə 100 min dollar mükafat vəd etdi – İqor Qirkin kimdir?

Ukrayna keçmiş “müdafiə naziri”ni öldürənə 100 min dollar mükafat vəd etdi – İqor Qirkin kimdir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 298 nəfərin ölümü ilə nəticələnən,  MH17 təyyarəsinin vurulmasında əsas şübhəli kimi mühakimə olunan, qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş “müdafiə naziri”  İqor Qirkini Ukraynaya komandir kimi göndərib.

7Times.az  bildirir ki, bu barədə Rusiyanın hərbi müxbiri Maksim Fomin məlumat yayıb. O qeyd edib ki,  oktyabrın 10-dan sosial şəbəkələrdə aktiv olmayan “Strelkov” ləqəbli İqor Qirkin Ukraynada bölmə rəisi təyin edilib. Qirkinin həyat yoldaşı sosial şəbəkə hesabında ərinin hərbi geyimli fotosunu yerləşdirərək onun vəziyyətinin yaxşı olduğunu yazıb. Ukrayna Hərbi Kəşfiyyatı isə İqorun başına 100 min dollar mükafat qoyduğunu açıqlayıb.

Qeyd olunub ki, Qirkin uzun müddətdir, Rusiya ordusunu tənqid edərək onu Ukraynada strateji hədəflərə çatmamaqda ittiham edib. Hollandiya mətbuatının yazdığına görə, avqust ayında öz təşəbbüsü ilə cəbhəyə gedərkən Xerson şəhəri yaxınlığında saxlanılan Qirkin yenidən Moskvaya göndərilib. Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra İqor da könüllü olaraq orduya yazılıb. Daha sonra o, Ukrayna cəbhəsində bir bölməyə qərargah rəisi təyin edilib. Lakin onun hansı bölgədə xidmət etdiyi açıqlanmayıb.

Qeyd edək ki, İqor Qirkin 17 iyul 2014-cü ildə Amsterdamdan havaya qalxan 298 sərnişin və ekipajı olan Malayziya Hava Yollarına məxsus MH17 reysinin Ukraynanın şərqində vurulması işində əsas şübhəli şəxs qismində mühakimə olunur. Rusiya xüsusi xidmət orqanları “FSB”nin üzvü olan Qirkin həmin ildə Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönlü qüvvələrə komandanlıq edirdi. Beynəlxalq araşdırma qrupunun məlumatına görə, MH17 təyyarəsi Moskvadan gətirilən Rusiya istehsalı olan BUK raketi ilə vurulduqdan sonra qəzaya uğrayıb. 195-i Hollandiya vətəndaşı olan 298 sərnişin və ekipajdan sağ qalan olmayıb. Haaqa məhkəməsində ömürlük həbs tələbi ilə qiyabi mühakimə olunan İqorun ekstradisiyası tələbinə Moskva administrasiyası cavab verməyib.

Sfera.az