Dünya

“Ukrayna Krıma PUA-larla hücuma keçib” – Rusiya MN

“Ukrayna Krıma PUA-larla hücuma keçib” – Rusiya MNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Krım yarımadasına PUA-larla hücuma keçib.

7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov məlumat verib.

O bildirib ki, hücumun qarşısı alınıb:

“Ümumilikdə 10 PUA məhv edilib”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.

Xatırladaq ki, Krım 2014-cü ildə işğal edilib.