Dünya

“Ukrayna Krımın azad olunması üçün hər şey edə bilər” – Pentaqon Şoyquya cavab verib

“Ukrayna Krımın azad olunması üçün hər şey edə bilər” – Pentaqon Şoyquya cavab veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Krım Ukrayna ərazisidir. Ukrayna yarımadanın azad olunması üçün hər şey edə bilər”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Sabrina Sinq deyib.

Onun sözlərinə görə, ukraynalılar rusları daha da geri itələmək üçün əllərindən gələni edirlər: “Biz isə Ukraynanın suveren ərazilərini geri almaq səylərini dəstəkləyirik”.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, ABŞ Rusiyanı məğlub etmək üçün lazım olan müddət ərzində Ukraynanı dəstəkləyəcək.

Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu demişdi ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və “Storm Shadow” raketləri ilə zərbə endirməyi planlaşdırır. Onun sözlərinə görə, bu, ABŞ və Böyük Britaniyanın birbaşa olaraq müharibəyə qoşulması deməkdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.