İdman

Ukrayna milliləşdirilmiş ruslarla bağlı sərt qərar verdi

Ukrayna milliləşdirilmiş ruslarla bağlı sərt qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç nəfər milliləşdirilmiş rus biatlonçusu Olqa Abramova, Yekaterina Bex və Oksana Moskalenko Ukraynanın milli komandasından qovulub.

Fanat.Az xəbər verir ki, bu barədə biatlon üzrə Ukrayna millisin baş məşqçisi Yevgeni Kolupayev məlumat verib.

Bu qərarın rəsmi səbəbi kimi komandaya düşmək və maaş almaq üçün kriteriyaların yerinə yetirilməməsi göstərilir. Ukraynanın Gənclər və İdman Nazirliyi Abramova, Bex və Moskalenkonun yığmadan uzaqlaşdırılmasını vacib sayıb.

Qeyd edək ki, Rusiya ilə müharibənin ilk günündə hər üç idmançı Syankidəki (Lvov vilayəti) təlim-məşq toplanışını tərk edib və Ukrayna Biatlon Federasiyasının prezidenti Vladimir Brinzakın köməkliyi ilə Rusiyaya yola salınıb. Biatlonçuların heç biri açıq şəkildə Ukraynadakı müharibəni qınamayıb.