Hərbi

Ukrayna müdafiə raketlərinin kritik çatışmazlığı ilə üz-üzədir

Ukrayna müdafiə raketlərinin kritik çatışmazlığı ilə üz-üzədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Ukraynaya qarşı müharibədə müxtəlif innovasiyaları fəal şəkildə tətbiq edirlər. Onlar Ukrayna müdafiəsində boşluqlar axtarmağa çalışırlar. Ukrayna HHM sistemləri üçün raket çatışmazlığı ilə üz-üzədir.

7Times.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

“Ruslar bizim ərazimizə yeni tipli “Banderol” adlı beş raket nümunəsi buraxıb. Onlar hər hücumun nəticələrini diqqətlə təhlil edir, müdafiəmizdəki boşluqları axtarırlar. Dron və qanadlı raketlərini proqramlaşdırarkən getdikcə daha mürəkkəb trayektoriyalardan istifadə edirlər”, – bunu ukraynalı komandirlərdən biri nəşrə bildirib.

O izah edib ki, düşmənin əsas məqsədi Ukrayna silah-sursatını tükətməkdir:

“Hal-hazırda bizdə heç nə yoxdur. Bu gün Ukraynanı ballistik raketlərdən qorumaq üçün heç bir vasitəmiz mövcud deyil”.