ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda atdığı diplomatik addımlar bölgənin siyasi xəritəsini köklü şəkildə dəyişib.
Bu barədə Almaniyanın “DFheute” və “Deutsche Welle” nəşrlərində məqalə dərc olunub.
Alman mətbuatı iki liderin Rusiya təsirini bölgədən tamamilə çıxardığını və “Moskvasız barış masası” qurulduğunu vurğulayıb.
Xəbərlərdə Bakı və İrəvanın Moskvanın iştirakı olmadan, ABŞ-nin vasitəçiliyi və Türkiyənin güclü dəstəyi ilə razılığa gəldiyi bildirilir.
Alman media orqanları yazır ki, beş il əvvəl imkansız sayılan bu razılaşma, Ankara və Vaşinqtonun bölgədəki fəal rolu sayəsində gerçəkləşib.
“Deutsche Welle” həmçinin Ukrayna müharibəsi başa çatsa belə, Rusiyanın Cənubi Qafqazdakı əvvəlki mövqeyini bərpa edə bilməyəcəyini vurğulayıb.
Follow @7timesaz