Dünya

Ukrayna növbəti ekoloji fəlakətlə üz-üzə – Ammonyak buludları ətrafa yayılıb (VİDEO)

Ukrayna növbəti ekoloji fəlakətlə üz-üzə – Ammonyak buludları ətrafa yayılıb (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün dünyanın ən böyük ammonyak boru kəmərinin atəşə tutulmasından sonra Ukrayna növbəti ekoloji fəlakətlə üz-üzə qalıb.

“AzPolitika.info” xəbər verir ki, Moskvayönlü mənbələr Kupyanskın şimalındakı Masyutivka şəhərində ammonyak tərkibli qaz buludunun görüntülərini yayımlayıb. Rəsmilər xəbərdarlıq ediblər ki, ammonyak sızması təsdiqlənərsə, bu, yaxınlıqda yaşayan hər kəs üçün ölümcül ola bilər.

Boru kəmərinə hücumla bağlı Rusiya və Ukrayna tərəfi həmişəki kimi bir-birini günahlandırıb.Qeyd edək ki, ammonyak nitrat gübrəsinin əsas tərkib hissəsi olan zəhərli qaz hesab olunur. Ölümcül gücə malik olan ammonyak insanlarda ağciyərlərin, boğazın, burunun və gözlərin şiddətli qıcıqlanmasına səbəb ola bilir.