Aktual

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini nəzarətə götürdü

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini nəzarətə götürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Silahlı Qüvvələri Russka Lozova (Xarkov vilayətinin Derqaçov icması) kəndinə daxil olub.

Modern.az Ukrayna mətbuatına  istinadən xəbər verir ki, bu barədə Derqaçev şəhərinin meri Vyaçeslav Zadorenko yerli sakinlərə istinadən bildirib.

“Bizə yerli sakinlər arasında etibarlı mənbədən daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Russka Lozovaya daxil olub. İndi döyüşlər kəndin ətrafında davam edir. Xarkov Regional Hərbi rəhbərliyindən rəsmi təsdiq gözləyirik”, – Zadorenko özünün feysbuk səhifəsində yazıb.