Ukrayna Silahlı Qüvvələri (SQ) Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Onlar Zaporojye bölgəsində azad edilmiş Robotinodan cənuba doğru irəliləyiblər.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının nümayəndəsi Pavel Kovalçuk məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Avdeyevski və Marinski istiqamətində düşmənin hücumunu dəf edir.
“Həmçinin Liman və Baxmut istiqamətlərində düşmən uğursuz hücum əməliyyatları keçirib. Ağır döyüşlər davam edir”, – Kovalçuk əlavə edib.
Son üç ay ərzində Ukrayna SQ ölkənin cənubunda hücum əməliyyatlarına başlayıb. Zaporojye və Donetsk vilayətlərində 10-dan çox yaşayış məntəqəsi azad edilib.
Follow @7timesaz