Ukrayna Ordusu Rusiyanın işğal olunmuş ərazilərdəki böyük silah anbarını məhv edib.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Quru Qoşunları Komandanlığı öz rəsmi “Facebook” səhifəsində bununla bağlı məlumat və video yerləşdirib.
Xəbərdə deyilir ki, həmin anbarda “Qrad” qurğularına və reaktiv sistemlərə aid böyük miqdarda mərmilər və raketlər olub. Anbarın Ukrayna Ordusunun artilleriya bölmələri tərəfindən məhv edildiyi bildirilir.