ABŞ-da F-16-lardan istifadəni öyrənən ukraynalı pilotlar 2024-cü ilin sonuna qədər təlimləri tamamlamalıdırlar.
7Times.az xəbər verir ki, ABŞ Müdafiə Departamentinin sözçüsü general Pat Rayder bu barədə danışıb.
“Mən bu hərbçilərin bu ilin sonunda məzun olacağını gözləyirəm. Təlim ABŞ Hərbi Hava Qüvvələrinin Arizonadakı bazasında keçirilir və hər bir pilotun bacarığından asılı olaraq 5 aydan 8 aya qədər davam edir”, – o söyləyib.
Ukraynalılar oktyabrda əvvəlcə nəzəri və simulyatorlarda məşqə başlayıblar, sonra isə təyyarələrə real nəzarətə keçiblər.
Ukrayna Silahlı Qüvvələrinin pilotlarının Avropada hazırlığı davam edir. Bir gün əvvəl Belçika Ukrayna pilotlarına təlim keçmək üçün Danimarkaya iki F-16 qırıcısı və 50 təlimatçı göndərdiyini açıqlamışdı.
Follow @7timesaz