Dünya

Ukrayna Prezidenti ərazi güzəştə getməyəcəyini deyib

Ukrayna Prezidenti ərazi güzəştə getməyəcəyini deyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın işğal etdiyi bütün ərazilərin qaytarılacağını bildirərək bu məsələdə heç bir güzəştin olmayacağını söyləyib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın Harvard Universitetinin müəllim və tələbə ictimaiyyəti ilə feysbuk üzərindən görüşündə bildirib.

Zelenski Ukraynanın qələbəsindən bəhs edərək deyib ki, ölkəsinin ərazi bütövlüyü bərpa olunmalı, topaqları ədalət və həqiqətin təmini üçün qaytarılmalıdır: “Əks təqdirdə Rusiya torpaqlarımızı işğal edəcək. Bu baxımdan təcavüz Rusiya baha başa gəlməlidir. Təəssüf ki, qəhrəmanlarımızı, həlak olanlarımızı geri qaytara bilməyəcəyik, ancaq biz ədaləti bərpa edəcəyik. Ədalət torpaqlarımız geri qayıdanda başlayacaq“.