Dünya

Ukrayna qaz anbarlarını Azərbaycana TƏKLİF ETDİ

Ukrayna qaz anbarlarını Azərbaycana TƏKLİF ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi Ukraynanın yeraltı qaz anbarları hesabına təmin edilə bilər. Bu qaz anbarlarını Azərbaycan qazı ilə doldurmaq olar.

 

7Times.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika nazirinin müavini Yaroslav Demçenko bildirib.

 

Onun sözlərinə görə, Kiyev və Bakı “Cənub Qaz Dəhlizi” kəmərinin tikintisi üçün birgə səylər göstərməli olacaq.

 

Y.Demçenkov qeyd edib ki, Azərbaycan Ukraynanın mühüm strateji tərəfdaşıdır. Üstəlik, enerji hər iki dövlətin inkişaf etdirmək niyyətində olduğu əsas sahədir. Bakı Ukraynanın yeraltı qaz anbarlarından istifadə təklifini qəbul edərsə, bu, bütün Avropa qitəsinin enerji təhlükəsizliyini xeyli artıracaq.

 

Nazir müavini qeyd edib ki, Ukraynada nəhəng yeraltı qaz anbarlarının istifadəsi Azərbaycandan Aİ-yə qaz tədarükünü artırmağa və regiona təbii qaz tədarükünün etibarlılığını daha da gücləndirməyə kömək edə bilər.