Dünya

Ukrayna Qərbdən 50-yə yaxın F-16 istəyir

Ukrayna Qərbdən 50-yə yaxın F-16 istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna 3-4 qırıcı eskadrilyası yaratmaq üçün Qərb tərəfdaşlarından 50-yə qədər F-16 qırıcısı almaq istəyir.

7Times.az xəbər verir ki,  bu barədə “Politico” qəzeti Ukrayna müdafiə nazirinin müşaviri Yuri Saka istinadən məlumat yayıb.

 

Sakın sözlərinə görə, hazırda Ukraynanın Rusiya təyyarələrini dayandıracaq heç bir texnikası yoxdur.

O əlavə edib ki, Böyük Britaniya, İtaliya, Fransa və Almaniya Kiyevə F-16 qırıcıları təklif edə bilməz, lakin bu ölkələr beynəlxalq koalisiyada mühüm söz sahibidirlər, ona görə də ABŞ və Türkiyəyə təsir edə bilərlər.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinq zamanı ABŞ-ın Ukraynaya F-16 qırıcıları verməmək qərarının dəyişmədiyini bildirib.