Aktual

“Ukrayna “referendumlar”ın keçirildiyi ərazilərdə Qərb silahlarından istifadə edə bilər”

“Ukrayna “referendumlar”ın keçirildiyi ərazilərdə Qərb silahlarından istifadə edə bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiya Federasiyasının qondarma referendumları təşkil etdiyi əraziləri geri qaytarmaq üçün Qərbin təqdim etdiyi silahlardan istifadə etməsinə qarşı deyil.
7Times.az
 xəbər verir ki , Blinken bu barədə hindistanlı həmkarı Subramanyam Caişankarla birgə mətbuat konfransında danışıb.
O, Kremlin elan etdiyi nəticədən asılı olmayaraq, ABŞ-ın Rusiyanın psevdoreferendum keçirdiyi ərazilərdə Ukrayna qoşunlarının Amerika silahlarından istifadəsinə razı olub-olmayacağı ilə bağlı medianın suallarını cavablandırıb.
“Biz və bir çox başqa ölkələr artıq çox aydın şəkildə danışdıq: biz Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqını tanımırıq və faktiki olaraq heç vaxt tanımayacağıq. Ukraynanın bütün ərazisində özünü müdafiə etmək üçün mütləq hüququ var, xüsusən, Rusiya tərəfindən bu və ya digər şəkildə qeyri-qanuni zəbt edilmiş əraziləri geri qaytarmaq üçün”, – Blinken bildirib.
Onun sözlərinə görə, ABŞ və bir sıra digər ölkələrin Ukraynaya verdiyi silahlardan ərazilərin qaytarılması üçün çox səmərəli istifadə olunub.
“Ukraynalılar onlardan alınan torpaqları geri qaytarmaq üçün etməli olduqlarını etməyə davam edəcəklər. Biz də bu səylərdə onları dəstəkləyəcəyik”, – ABŞ dövlət katibi vurğulayıb.