Ukraynanın ötən gecə növbəti dəfə Krım körpüsünü vurması Kremldə böyük təlaş və hiddət yaradıb.
“AzPolitika.info” xəbər verir ki, öz qeyri-adekvat təhdid və bəyanatları ilə tanınan Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, sabiq Rusiya Prezidenti Dmitri Medvedev Krım körpüsünün partladılmasına qarşılıq olaraq, Ukrayna rəhbərliyinin ailələrinin məhv edilməsini təklif edib.
“Dünya təcrübəsi və bizim öz təcrübəmiz(?) göstərir ki, terrorçularla beynəlxalıq sanksiyalarla, onları qorxutmaqla, xəbərdarlıqla danışmaq olmaz. Onlar ancaq güc dilini başa düşürlər”, – deyə Medvedev bildirib. Maraqlıdır ki, Medvedevin bu dedikləri daha çox Rusiyanın özünə uyğun gəlir…
Medvedev təklif edib ki, Ukrayna rəhbərliyini ailələrilə birgə məhv etmək lazımdır: “Onların öz evlərini və qohumlarının evlərini partlatmaq lazımdır. Onların tərəfdaşlarını tapıb məhkəmə keçirmədən məhv etmək lazımdır. Bu, çətindir, amma mümkündür”.
Qeyd edək ki, Vladimir Putin bu axşam Krım körpüsünün partladılması ilə bağlı hökumət üzvlərinin və ordu rəhbərliyinin iştirakı ilə iclas keçirəcək. Bu barədə Putinin sözçüsü Dmitri Peskov məlumat verib.
Follow @7timesaz