Dünya

Ukrayna savaşında kritik alış-veriş: Rusiya Şimali Koreyadan artilleriya mərmiləri alır 

Ukrayna savaşında kritik alış-veriş: Rusiya Şimali Koreyadan artilleriya mərmiləri alırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Şimali Koreyadan artilleriya mərmiləri alır.

 

7Times.az  bildirir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.

 

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib ki, Rusiyanın Şimali Koreyaya üz tutması onun ordusunun Ukraynada qismən ixrac nəzarəti və sanksiyalara görə, ciddi təchizat çatışmazlığından əziyyət çəkdiyini göstərir.

 

ABŞ kəşfiyyat rəsmiləri hesab edir ki, ruslar gələcəkdə Şimali Koreyadan əlavə hərbi texnika almaq istəyə bilər. Kəşfiyyatın tapıntısı ilk dəfə “New York Times” tərəfindən dərc edilib. Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almaq mərhələsindədir.

Bayden administrasiyası da bu yaxınlarda təsdiqləyib ki, Rusiya ordusu avqust ayında Ukraynadakı döyüş meydanında istifadə üçün İran istehsalı olan pilotsuz uçuş aparatları alıb. Ağ Ev ötən həftə Rusiyanın yüzlərlə İran pilotsuz təyyarəsi (PUA) əldə etmək planı çərçivəsində satın alınan “Mohajer-6” və “Shahed” seriyalı pilotsuz təyyarələrdə texniki problemlərin olduğunu da iddia edib.

 

Xatırladaq ki, iyul ayında Şimali Koreya Rusiya və Suriyadan kənarda özünü elan etmiş Luqansk və Donetsk respublikalarını tanıyan yeganə ölkə olub və Ukraynadakı münaqişə ilə bağlı Rusiya ilə yeni ittifaq bağlayıb.