Aktual

Ukrayna savaşında SON DURUM: Rus qoşunları belə təslim oldu – FOTO

Ukrayna savaşında SON DURUM: Rus qoşunları belə təslim oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minlərlə kvadrat kilometr ərazinin Rusiya qüvvələrindən geri aldığını elan edən Ukraynadan yeni iddia gəlib.

 

7Times.az bildirir ki, mühacirətdə olan bələdiyyə sədri İvan Federov rus əsgərlərinin Melitopoldan qaçdığını deyib.

 

“New York Post” qəzetində yer alan xəbərə görə, o, rus əsgərlərinin Krım sərhədindəki Çonhardan keçərkən göründüyünü iddia edib və  “Bu gözlənilən idi. Ukraynanın sürətli hücumu onlara şans vermədi”, deyə əlavə edib.

 

Qeyd olunub ki, Rusiya tərəfindən işğal olunmuş Xerson və Mariupol şəhərləri arasında yerləşən Melitopolun azad edilməsi müharibədə mühüm əhəmiyyət kəsb edir:

“Çünki bu şəhərin geri alınması Rusiyanın işğal olunmuş Ukraynadakı təchizat şəbəkəsinə ciddi zərbə vura bilər”.

 

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, sentyabrın 6-dan bəri Ukraynanın Xarkov vilayətində 300-dən çox yaşayış məntəqəsi, 3800 kvadrat kilometr ərazi Rusiya qoşunlarından geri alınıb. O qeyd edib ki, bölgədə Rusiya qüvvələrinə qarşı hücumlar davam edir. Digər tərəfdən yeni görüntülər sosial mediada gündəm olub. Xarkovda çəkildiyi deyilən görüntülərdə rus əsgərlərinin Ukrayna əsgərlərinə təslim olduğu anların yer aldığı bildirilib. Kadrlarda təslim olan əsgərlərin üz üstü yatdıqları və qollarının arxadan qandallı olduqları görünüb.