İtaliyanın Turin şəhərində keçirilməsi planlaşdırılan “Avroviziya-2022” mahnı müsabiqəsində bir neçə gün əvvəl həm münsiflərin, həm də xalqın səsi ilə birinci seçilən Alina Paş Ukraynanı təmsil etməyəcək.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə Alinanın 2015-ci ildə Krıma baş çəkməsidir. Bu isə qaydalarla qəti şəkildə ziddir. Bununla yanaşı, müğənni Ukrayna sərhədini saxta arayışla keçməkdə günahlandırılır. Məlumata görə, aktrisa Krıma Rusiya hava yolları ilə gedib.
Müsabiqənin təşkilatçıları sərhəd xidmətindən bunu təsdiq edən sənədi tələb etsələr də, bildirilib ki, məlumatlar yalnız beş il ərzində saxlanılır və həmin müddət artıq tamam olub. Paşanın özü isə saxta sənədə görə keçmiş direktorunu günahlandırıb.
İttihamlardan sonra isə Alina sosial şəbəkədə müsabiqədən imtina etdiyini bildirib.
Qeyd edək ki, Alina yarışmada Ukraynanı “Tini Zabutykh Predkiv” adlı mahnı ilə təmsil edəcəkdi.
Follow @7timesaz