Dünya

“Ukrayna üçün ölmək istəmirik”  Orban

“Ukrayna üçün ölmək istəmirik” – Orbanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna üçün ölmək istəmirik. Oğullarımızın tabutla geri qayıtmasını istəmirik. Sərhədimizdə yeni bir Əfqanıstan istəmirik”.

7Times.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Macarıstanın Baş naziri diplomatik həll yoluna üstünlük verilməsinin vacibliyini qeyd edib.

 “Bu münaqişəni generallar yox, diplomatlar həll etməlidir. Sülh yalnız masa arxasında əldə oluna bilər”, – deyə o, qeyd edib.

Orban Brüssel və Berlinin silahlanma sahəsinə milyardlarla avro yönəltməsinə etiraz edərək, Avropa İttifaqının bu münaqişədən istifadə edərək “müharibə iqtisadiyyatı” qurmağa çalışdığını bildirib.

“Biz bu yolu dəstəkləmirik”, – deyə o, bildirib.

Macarıstan lideri həmçinin, Avropa İttifaqının “böyük borclara girərək” üzv ölkələrin iqtisadi müstəqilliyini zəiflətməsindən narahat olduğunu bildirib və üzv dövlətlərin maliyyəsinin federallaşdırılmasına yönəlmiş cəhdləri rədd etdiklərini vurğulayıb.