Dünya

“Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir” – Rəsmi Kiyev

“Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir” – Rəsmi Kiyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaqdır. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!”, – yazıda qeyd olunub.