Dünya

Ukrayna və Britaniya “Vaqner”in Baxmutdan çıxmağa başladığını təsdiqləyib

Ukrayna və Britaniya “Vaqner”in Baxmutdan çıxmağa başladığını təsdiqləyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” muzdlu hərbi təşkilatı Donetsk vilayətinin Baxmut şəhərini tərk etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bu, “Vaqner”in mübarizədən əl çəkməsi kimi qiymətləndirilməməlidir:

“Onlar növbəti dəfə qruplaşdıqdan sonra fərqli istiqamətlərdə yenidən hücuma keçəcəklər”.

Danilov Baxmutun müharibənin gedişatında mühüm rol olduğunu vurğulayıb:

“Biz şəhəri müdafiə etməyə davam edəcəyik”.

Bundan başqa, Böyük Britaniya Müdafiə Nazirliyi də kəşfiyyat məlumatlarına əsasən qeyd edib ki, “Vaqner”çilər şəhərdən çıxmağa başlayıblar:

“Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında ziddiyyət var. Buna baxmayaraq, “Vaqner”çilər yenidən hücuma keçə bilərlər”.

Qeyd edək ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yengeni Priqojın daha əvvəl demişdi ki, onlar iyunun 1-də şəhərdən tamamilə çıxacaqlar.