Hərbi

Ukrayna və Rusiyanın itkiləri 354 mini keçib

Ukrayna və Rusiyanın itkiləri 354 mini keçibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyatı Ukrayna və Rusiyanın müharibə itkilərinin ümumilikdə 354 min nəfərə çatdığını düşünür.

7Times.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məxfi sənədlərə istinadla məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat departamentinin qiymətləndirməsinə görə, Rusiyanın ümumi itkiləri 189 500-223 000 nəfər təşkil edə bilər. Onlardan 35 500-43 000 nəfərinin öldüyü, 154 000-180 000-nin isə yaralandığı güman edilir. 

Ukraynanın isə ümumi itkiləri 124 500 – 131 000 nəfər təşkil edir, onlardan təxminən 15 500 – 17 500 nəfəri ölüb, 109 000 – 113 500 nəfər isə yaralanıb.

“Bu rəqəmlər Kiyev və ya Moskvanın açıqladığı açıq məlumatdan təxminən on dəfə çoxdur”, – “Reuters”in məlumatında qeyd olunub.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.