Dünya

Ukrayna XİN başçısı Rusiyaya təsir edə biləcək ölkələrin adını açıqlayıb

Ukrayna XİN başçısı Rusiyaya təsir edə biləcək ölkələrin adını açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə, Çin və Səudiyyə Ərəbistanı Rusiyaya təsir göstərə və bu dövlətin Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişə bilər”.

“Report” xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba “Arab News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, kollektiv cənub Rusiyaya təsir göstərə və onu Ukraynaya qarşı müharibə ilə bağlı mövqeyini dəyişməyə məcbur edə bilər.

Nazir qeyd edib ki, bu ölkələrin Rusiya ilə xüsusi əlaqələri var: “Bu ölkələr təkbaşına Rusiyanın mövqeyini dəyişmək üçün çətinlik çəkə bilər. Amma kollektiv şəkildə çalışsalar, buna nail ola bilərlər”.

D.Kuleba bildirib ki, rəsmi Kiyevin məqsədi vəziyyəti dəyişmək və müharibəyə son qoymaq istəyən ölkələri birləşdirməkdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.