Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzasını şərh edib.
7Times.az xəbər verir ki, o, bu barədə X sosial hesabında yazıb.
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması dəhşətli faciədir. Azərbaycana başsağlığı veririk. Rusiya mediası qəzanın səbəbi barədə yalan danışıb və Rusiya böyük ehtimalla cinayətinin sübutunu gizlətmək məqsədilə zədələnmiş təyyarəni dənizdən keçməyə məcbur edib”, – o bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Follow @7timesaz