Dünya

Ukraynada azərbaycanlılar HƏLAK OLDU – Ruslar tankla üstlərindən KEÇİB + ADLAR

Ukraynada azərbaycanlılar HƏLAK OLDU – Ruslar tankla üstlərindən KEÇİB + ADLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada gedən müharibədə əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan 1992-ci il təvəllüdlü Orxan Mahir oğlu Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Abuzər oğlu Qədirli həlak olublar. 

 

7Times.az  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Məlumata görə, rusiyalı hərbçilər Xerson vilayətində Orxan Əzizli və Ramiz Qədirliyə məxsus meyvə dolu yük maşınının üstündən tankla keçiblər. Nəticədə hər iki şəxs həlak olub.

Həmyerlilərimizin cənazəsinin doğulduqları kəndə gətirilməsi gözlənilir.

 

Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyi iki şəxsin Ukraynada həlak olması barədə xəbəri təsdiqləyib.