Aktual

Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU – FOTO

Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı Rafael Ağayev adlı daha bir azərbaycanlı həlak olub.

Ağayevin həlak olması xəbərini dostu Leonid Ostalsev verib.

“Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub”, – deyə Ostalsev qeyd edib.

Ostalsev mərhumun pizza restoranının sahibi olduğunu da bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynada azərbaycanlı snayper Elnur Həsənov Kiyev uğrunda gedən döyüşlərdə vəfat etmişdi.