Dünya

Ukraynada ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI

Ukraynada ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vlodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.

7times.az xəbər verir ki, qanun layihəsini Ukrayna Ali Radası 2021-ci il martın 30-da qəbul edib. Sənəddə qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir.

Qeyd edək ki, qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək.