Dünya

Ukraynada Koreya variantı tətbiq oluna bilər? – ABŞ mümkün sayır, Avropa əleyhinədir…

Ukraynada Koreya variantı tətbiq oluna bilər? – ABŞ mümkün sayır, Avropa əleyhinədir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Ukraynadakı müharibənin dondurulmasının əleyhinədir və bu məsələdə Qərb ölkələri ilə həmrəydir”.

“AzPolitika.info” xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov deyib. Bundan əvvəl “Politico” jurnalı yazmışdı ki, ABŞ Prezidenti Co Bayden administrasiyasında müharibənin dondurulmasını mümkün ssenarilərdən biri kimi qiymətləndirilir.

Peskov bildirib ki, Moskva Ukraynada müharibənin məqsədinə ya xüsusi hərbi əməliyyat, ya da digər mövcud vasitələrlə nail olmağa çalışacaq. Başqa vasitələrlə nəyin nəzərdə tutulduğu açıqlanmır. Kreml əvvəllər danışıqlara hazır olduğunu bəyan edib, bununla belə, Kiyev və Qərb ölkələrinin açıq-aşkar qəbuledilməz adlandırdığı tələblərlı çıxış edib.

Mayın ortalarında “Politico” özəl mənbələrə istinadən yazmışdı ki, ABŞ rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin onilliklərlə davam edə biləcək “dondurulmuş münaqişə”yə çevrilməsi ehtimalının artmasına cavab olaraq addımlar planlaşdırır.

Güman edilir ki, vəziyyət 20-ci əsrin ortalarında Koreya müharibəsindən sonra Koreya yarımadasında yaranmış vəziyyətə bənzəyəcək.

Kiyevdə müharibənin dondurulmasına qarşı çıxıb və vəziyyətin bu cür inkişafını “qlobal təhlükəsizliyin əsaslarının daimi aşınması” adlandırıb.

Mart ayında Pentaqonun sözçüsü Con Kirbi demişdi ki, hazırkı vəziyyətdə rus qoşunlarını çıxarmadan hərbi əməliyyatları dayandırmaq Rusiyanın qazanclarının de-fakto tanınması deməkdir. Almaniya kansleri Olaf Şolz və Böyük Britaniyanın Baş naziri Rişi Sunak da münaqişənin dondurulmasına qarşı çıxıblar.

Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə verdiyi son müsahibədə Ukrayna ordusunun uğuruna inandığını bildirib: “İnanıram ki, biz döyüş meydanında uğur qazana bilərik… Çalışırıq ki, heç bir durğunluq olmasın. Bu, dondurulmuş münaqişəyə gətirib çıxara bilər”.

Eyni zamanda, Ukrayna lideri vurğulayıb ki, müharibənin “dondurulması” “Rusiyaya yalnız dincəlmək və Ukrayna torpaqlarında artıq məğlub olmuş ordusunu hazırlamaq üçün vaxt verəcək.

Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiya ilə təmaslarda heç bir ərazi güzəştinə getməyə hazır deyillər.