Dünya

“Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır” – Lukaşenko

“Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır” – Lukaşenkobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC televiziyasına müsahibəsində deyib.

Aleksandr Lukaşenko bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə danışıqlar aparmaq qadağan edilib: “Kim edib? Üç dəfədən tapın görün kim edib? O, müstəqil deyil. Bu gün feyk məlumatlar yayır. Bir-birini günahlandırmaq. Bu, o yol deyil. Hər gün minlərlə insan, o cümlədən mülki, heç bir günahı olmayan insanlar həlak olur. Bu həqiqətdir. Ona görə də gəlin münaqişəni dayandıraq”.