Dünya

Ukraynada Poroşenkoya qarşı növbəti cinayət işi açılıb

Ukraynada Poroşenkoya qarşı növbəti cinayət işi açılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada sabiq Prezident Petro Poroşenkoya qarşı növbəti cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski “Telegram”da yazıb.

Dubinskinin sözlərinə görə sabiq Prezident Rumıniyaya qaçaqmalçılıq yolu ilə siqaret göndərilməsində şübhəli bilinir.

“Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) ölkənin beşinci Prezidenti Petro Poroşenkonun nəzarətində olan “Roshen” şirniyyat məhsulları şirkəti vasitəsilə Rumıniyaya siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işi açıb”, – o qeyd edib.

Xatırladaq ki, bu ilin mart ayının sonunda Ukrayna KİV-də Rumıniya sərhədçiləri tərəfindən Ukraynadan gələn yük maşınında aksiz markası olmayan tütün məmulatları aşkar edilməsi barədə məlumat yayılıb. Göndərilən yüklər “Roshen” məhsullarının qutularının altında gizlədilib.

Bu hadisədən sonra həm Ukraynada, həm də Rumıniyada qaçaqmalçılıq faktı ilə bağlı cinayət işləri başlanılıb.

Araşdırma aparan ukraynalı jurnalistlərin məlumatına görə, yükü göndərən “Roshen Confectionery Corporation”, alan isə Buxarestdəki “Roshen One Ltd” şirkəti olub və bu ilin ilk rübündə “Roshen Corporation” tərəfindən “Roshen One Ltd” şirkətinə 300-dən çox yük maşını göndərilib.