Ukraynada Sovet İttifaqının dağılmasından sonra gələn ay 30 illik müstəqilliyini qeyd ediləcək. Bu səbəblə təşkil edilən parad məşqində qadın əsgərlərə topuqlu ayaqqabılar geyindirilməsi diqqət çəkib.
7times.az xəbər verir ki, bu addım bir çox insanın narazılığına səbəb olub. Müdafiə Nazirliyi isə seksist olmaqda günahlandırılıb.
Keçmiş prezident Petro Poroşenkoya yaxın bir neçə millət vəkili əllərində ayaqqabı ilə parlamentə gələrək Müdafiə Nazirliyinə dəstək olsa da, əksəriyyət bunun məntiqsiz bir hərəkət olduğunu vurğulayıb. Hətta Golos Partiyasından İnna Sovsun bununla bağlı mümkün ola biləcək sağlamlıq risklərinə diqqət çəkib. “Daha axmaq və zərərli bir fikir düşünmək çox çətindir”, – deyə o qeyd edib. Yenisabah.az
Follow @7timesaz