Ukraynanın Poltava vilayətində zəlzələ baş verib.
7Times.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Xüsusi Nəzarət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, Poltava vilayətində bir ay ərzində baş verən ikinci zəlzələdir.
Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib, maqnitudası 3,1 olub.
Yeraltı təkanlar Brailki kəndi ərazisində qeydə alınıb. Yerli sakinlər zəlzələni hiss etməyiblər.
Follow @7timesaz