ABŞ-nin keçmiş Prezidenti Donald Tramp növbəti dəfə vəd edib ki, ən yüksək dövlət kürsüsünə qayıdacağı halda, Ukraynadakı müharibəyə dərhal son qoyacaq.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, Pensilvaniya ştatında öz tərəfdarları qarşısında çıxış edən Tramp yenə deyib ki, qalib gələcəyi təqdirdə, 2025-ci ilin yanvarında keçiriləcək inauqurasiyasını gözləmədən, noyabrda keçiriləcək seçkilərdən dərhal sonra Ukrayna münaqişəsini həll edəcək: “Mən kabinetə daxil olmazdan əvvəl buna son qoyacağam. Mən bunu seçkidən sonra, seçilmiş prezident olan kimi edəcəm”.
Tramp, həmçinin, əlavə edib ki, o, seçkidə məğlub olarsa, Demokratlar Partiyası amerikalıları və dünyanı üçüncü dünya müharibəsinə sürükləyəcək.
“AzPolitika”
Follow @7timesaz